...

ABŞ-ın Azərbaycandakı səfirliyi vizaların verilmə qaydasını dəyişir

Siyasət Materials 26 Oktyabr 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / ABŞ-ın Azərbaycandakı səfirliyi noyabrın 5-dən etibarən, qeyri- immiqrant vizası almaq istəyənlərə söhbətin təyin olunması üçün onlayn sistemdən istifadə edəcək. Bu barədə səfirliyin məlumatında göstərilib.

Dövlət Departamenti NIV onlayn ssistemini bir neçə səfirlikdə yoxlayıb və proqramı bütün dünyada genişləndirir.

Telefon sistemindən internet sisteminə keçilməsi, müsahibənin vaxtını təyin etməyə və dəyişməyə imkan verəcək. Viza almaq isətəyən şəxslər səfirliyin veb səhifəsinə -- www.azerbaijan.usembassy.gov -- daxil olaraq, Elektron Viza Müraciət Formasını (EVAF) dodurmalı və müsahibənin tarixini təyin etməlidirlər. Müsahibənin təyin olunması barədə forma çap edilərək müsahibə günü səfirliyə gətirilməlidir ərizə müsahibəyə 120 gün qalana qədər verilə bilər. Ötən illə müqayisədə, ABŞ-a viza almış Azərbaycan vətəndaşlarının sayı 16 faiz artıb. Ötən il ABŞ səfirliyi 3 min viza verib, bu ilin sonuna qədər 3500 vizanın verilməsi gözlənilir. Turist kimi gedənlər 25 faiz, tələbələr 31 faiz təşkil edib. Bu il Azərbaycandan ABŞ-a təhsil almaq üçün 75 tələbə gedib.

Xəbər lenti

Xəbər lenti