...

İctimai Forumun prezidenti: "Seçkilərdə iştirak etməyim üçün hazırlıq görülür"

Siyasət Materials 29 Oktyabr 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazovun 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməsi üçün hazırlıq görülür. Bu barədə bazar ertəsi Trend ə açıqlamasında Eldar Namazov məlumat verib.

"Mənim seçkilərlə namizəd kimi iştirak etməyim üçün təşkilatlanma işləri görülür və müxtəlif səviyyələrdə müzakirələr aparılır", -deyə Namazov əlavə edib.

O qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərarı iki həftədən sonra açıqlayacaq.

Namazov 1993-1999-cu illərdə Azərbaycan prezidenti katibliyinin rəhbəri vəzifəsində işləyib. 1999-cu ilin payızında vəzifəsindən istefa verib və müstəqil politoloq kimi ictimai fəaliyyətlə məşğul olmağa başlayıb, "Azərbaycan Naminə" İctimai Forumu təsis edib. 2005-ci ildə keçirilən parlament seçkilərində iştirak edib.

Azərbaycanın bir necə müxalifət lideri prezident seçkilərində iştirae edəcəyini açıqlayıb. Prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti