...

Ərdoğan və Buş kürd yaraqlıları ilə mübarizə məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 5 Noyabr 2007 06:15 (UTC +04:00)

Kürd fəhlə partiyası ilə mübarizə məsələləri bazar ertəsi Vaşinqtonda ABŞ prezidenti Corc Buş və Türkiyə Baş naziri Rəcəp Tayyip Ərdoğanın görüşündə müzakirə ediləcək. Bu haqda İTAR-TASS məlumat verir .

ABŞ uçmazdan əvvəl Ərdoğan bəyan edib ki , terrorçuluğun qarşısın almaqda " Vaşinqtondan konkret addımlar gözləyir ". " Şimali İraq ərazisindən keçirilən basqınlar artıq bizim millətin səbr kasasını bitirib . Bu səfərin müsbət yekunlarına inanıram və ümidvaram ki ABŞ konkret addımlar qəbul edəcək " - deyə Baş nazir bildirib .

Bununla belə, Buş və Əroğanın danışıqlarının uğuruna yerli müşahidəçilərin heç də hamısı inanmır . Çoxları bu ikitərəfli görüşü " olduqca çətin " sayır . Qeyd olunur ki , şənbə günü İstanbulda ABŞ dövlət katibi Kondoliza Rays , Türkiyə və İraq xarici işlər nazirləri Əli Babacan və Xaşiyar Zibarinin iştirakı ilə aparılan danışıqlar " heç bir müəyyən nəticə verməyiblər ".

Danışıqlar İraqın qonşusu olan ölkələrin xarici işlər nazirlərinin geniş iclası çərçivəsində keçirilib . Görüşdə transsərhəd əməliyyatı mövzusu və kürd terrorçuları ilə mübarizə yolları müzakirə edilib . İraq tərəfi KFP-nin bütün nümayəndəliklərini bağlamağa söz verdi . Lakin , CNN Türkün məlumatına görə " bu sözlər Türkiyəni o qədər də əmin etmədi ".

Xəbər lenti

Xəbər lenti