...

Dövlət Sərhəd Xidməti Cəlilabaddda 120 min dollarlıq narkotik maddə aşkarlayıb

Siyasət Materials 5 Noyabr 2007 18:08 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti Cəlilabaddda 120 min dollarlıq narkotik maddə aşkarlayıb

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın Cəlilabad rayonunda dəyəri 120 min dollar olan narkotik maddə aşkarlanıb, bazar ertəsi mətbuat konfransı keçirən Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq və Tədqiqat İdarəsinin rəisi Azər İbrahimov bildirib. Onun sözlərinə görə, DSX -nin keçirdiyi əməliyyat nəticəsində, noyabrın 3-də rayonun Buravar kənd sakini, 1974-cü il təvəllüdlü Natiq Ağayevin idarə etdiyi VAZ 2106 markalı 15 BD 220 dövlət nömrə nişanlı avtomobildə 1 kq 990 q heroin və 3 kq 910 q tiryək aşkarlanıb. Götürülən heroinin qara bazarda qiymətinin 80 min, tiryəkinsə, 40 min dollar olduğu müəyyənləşdirilib.

Avtomobil rayonun Badamağac kəndindən Şatırlı kəndinə gedən yolda saxlanılıb.

İbrahimovun sözlərinə görə, saxlanılan Ağayev rayon məktəbində müəllim işləyir. Onun barəsində Cinayət Məcəlləsinin dövlət sərhəddini qanunsuz keçmə, qaçaqmalçılıq, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, satma maddələri ilə cinayət işi başlanılıb. Ağayev ilkin dindirmə zamanı narkotik maddələri İran vətəndaşından aldığını etiraf edib. Natiq Ağayev bildirib ki, tanımadığı silahlı şəxslər onu öldürəcəkləri, evini yandıracaqları ilə hədələyərək, narkotik olan bağlamanı ona veriblər və bildiriblər ki, həmin narkotiki müəyyən şəxslər ondan götürəcəklər.

Xəbər lenti

Xəbər lenti