Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ ABŞ Dövlət Katibinin Cənubi və Orta Asiya üzrə köməkçisi Stiven Mənn rəsmi səfərlə Bakıdadır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders məlumat verib.
Səfərin məqsədi Bakıdan səfir Ders ilə birlikdə neft-qaz məsələləri üzrə konfransın keçiriləcəyi Türkmənistana getməkdir. Səfər zamanı Mənn Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb və cari məsələləri müzakirə edib.