...

Bir qrup müxalifət partiyası Seçki Məcəlləsinə dair vahid təkliflərini Venesiya Komissiyasına təqdim edəcək

Siyasət Materials 19 Noyabr 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ona yaxın müxalifət partiyası Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə müzairələr aparmaq üçün, noyabrın 22-də toplantı keçirəcək. Bu barədə bazar ertəsi Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

Həmin partiyalar Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi üçün vahid təkliflər sənədi hazırlayaraq, Avropa Şurası Venesiya Komissiyasına təqdim edəcəklər.

Bu partiyaların bir çoxu Venesiya Komissiyası və İFES-in təşkilatçılığı ilə noyabrın 7-8-9-da Bakıda Seçki Məcəlləsinin müzakirələrinə dair toplantılarda iştirak etməyiblər.

KXCP-nin qərargahında 10-a yaxın partiyanın iştirakı ilə seçki qanunvericiliyinə təkliflər hazırlanması üçün işçi qrupu yaradılmışdı. Aparıcı müxalifət partiyaları hesab edilən Müsavat, ADP, AXCP, ALP burada təmsil olunmurlar.

Xəbər lenti

Xəbər lenti