...

Bakıda mühafizəçilərlə gəzən DAK-ın keçmiş sədri PKK terrorçularından ehtiyat edir

Siyasət Materials 20 Noyabr 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan və ilk dəfə olaraq xüsusi mühafizəçi ilə gəzən DAK-ın keçmiş sədri Cavad Derəxti gələn ilin fevralında DAK-ın fövqəladə qurultayının keçirilməsinə hazırlaşır. Bu barədə o, çərşənbə axşamı Bakıda keçirdiyi mətbuat konfransında açıqlama verib. Derəxti mühafizə xidməti ilə gəzməsinin səbəblərinə aydınlıq gətirərkən bildirib ki, PKK terrorçularından ehtiyat edir. Özünün hər zaman PKK təşkilatına qarşı mübarizə apardığını iddia edən Derəxti bildirib ki, ötən il DAK-ın qurultayı ərəfəsində PKK-çılar ona media vasitəsilə təzyiq göstərirdilər. Toplantıda iştirak edən Derəxtinin tərəfdarları isə bildiriblər ki, onlar Bakıda etik qaydalara əməl etməyən insanların qəfil hücumlarından Derəxtini qorumaq üçun ona mühafizəçilər tutmağı məsləhət görüblər.

Derəxti bildirib ki, DAK-ın iyulun 7-də keçirilmiş qurultayında sədr seçilən Qulamrza Təbrizi təşkilatın Nizamnaməsini pozaraq, istədiyi adamları təşkilatda vəzifəyə təyin edib. Həmçinin DAK-ın qurultayının protokolları təşkilatın qeydiyyatda olduğu İsveçin vergi orqanına təqdim olunmayıb. Derəxti iddia edir ki, İsveç qanunlarına görə, 3 ay müddətində sənədlər verilməli idi, lakin sənədlər təqdim olunmayıb, Derəxtinin ünvanına rəsmi məktub gəlib ki, növbəti 3 ay ərzində təşkilatın qurultayı keçirilməli və sənədlər təqdim olunmalıdır.

"Biz DAK-ın yaşaması, öz mövcudluğunu saxlaması üçün fevralda qurultay keçirəcəyik və DAK-a Azərbaycan, Rusiya və Avropadan həmsədrlər seçilməsini təklif edəcəyik".

Derəxti sədrliyə öz namizədliyini irəli sürməyəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti