...

Azərbaycanın Baş naziri MDB- nin hökumət başçıları Şurasının iclasında iştirak edəcək

Siyasət Materials 22 Noyabr 2007 09:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir / Azərbaycanın Baş naziri Artur Rasizadə MDB hökumət başçıları Şurasının noyabrın 22-də Aşqabadda keçiriləcək iclasında iştirak edəcək. Hökumət başçıları Şurasının iclasında 29 sənəd layihəsinə baxılması planlaşdırılır ki, 27 sənəd heç bir qeyd olunmadan, baxılmağa hazırdır, MDB -nin İcra Komitəsinin məlumatında belə deyilir. Hökumət başçıları Şurasının gündəliyinə daxil olan mühüm məsələlərdən biri də MDB-nin işçi-miqrantlarının və onların ailə üzvlərinin hüquqi statusuna dair konvensiya layihəsi olacaq.

Hökumət başçıları mülki aviasiyanın inkişafının əsas istiqamətlərini və MDB ölkələrinə uçuşların təhlükəsizliyinin artırılması tədbirlərini nəzərdən keçirəcəklər.

İclasda 2003-2010-cu illərdə iqtisadi sahədə MDB-nin üzv dövlətləri arasında əməkdaşlığın inkişafı və səmərəliliyinin artırılmasına yönəlmiş mühüm tədbirlərin həyata keçirilməsinə dair planın yerinə yetirlməsi ilə bağlı vəziyyət nəzərdən keçiriləcək.

Hökumət başçılarının MDB-yə üzv olan dövlətlərin regionlararası və sərhəd məsələlərində əməkdaşlığına dair Razılaşma, MDB-yə üzv olan dövlətlərin gömrük sərhədlərindən elektrik enerjisinin ötürülməsi zamanı gömrük prosedurlarının harmonizasiyasına dair Razılaşma imzalayacaqları gözlənilir. Hökumət başçıları Şurasına MDB dövlətlərinin statistika xidmətlərinin rəhbərlərinin işi barədə hesabat təqdim olunacaq. Hökumət başçıları Şurasının müzakirəsinə təqdim olunan sənədlər toplusu təhsil və maliyyə sahəsində əməkdaşlığın fəallaşdırılmasına yönəlib.

Xəbər lenti

Xəbər lenti