...

Demokratik İslahatlar Partiyası prezident seçkisində iştirak edəcək

Siyasət Materials 26 Noyabr 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyası (DİP) gələn il Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak edəcək. Bu barədə bazar ertəsi Trend ə DİP-in sədri Asim Mollazadə məlumat verib.

Onun sözlərinə görə, partiyanın prezident seçkisində hansı formada iştirakı məsələsi müzakirə olunur. Bu barədə qərar isə DİP-in qurultayında veriləcək.

Qurultayda DİP-in seçkilərdə iştirak forması, prezidentliyə namizədi açıqlanacaq. Mollazadənin sözlərinə görə, qurultayın bu ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Lakin hazırlıq işləri başa çatdırılmasa, qurultay gələn ilin əvvəlində də keçirilə bilər.

DİP 2005-ci ildə təsis olunub. Partiyanın ideoloji kursu Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, demokratik islahatların aparılması və liberal iqtisadiyyatın formalaşdırılmasından ibartədir. Partiya özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir. Mollazadə Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti