...

Kommunist Partiyasının möhürü və sənədlərinin alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunacaq

Siyasət Materials 24 Dekabr 2007 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend , C.Babayeva/ Azərbaycan Kommunist Partiyası (AKP) Ədliyyə Nazirliyinə müraciət edəcək. Bu barədə bazar ertəsi Bakıda AKP-nin 37-ci qurultayının nəticələrinə hər orlunmuş mətbuat konfransında partiyanın sədri Rauf Qurbanov məlumat verib.

"Nazirliyə müraciət partiyanın Nizamnaməsinə dəyişikliklər, qurultayın protokolundan çıxarışın qeydiyyata alınması məqsədilə olunacaq",- deyə Qurbanov bildirib.

AKP-nin dünən keçirilən qurultayında Qurbanov partiyanın yeni sədri seçilib. Sədrliyə alternativ namizəd olmayıb və qurultay iştirakçıları yekdilliklə Qurbanova səs veriblər. AKP sədri Ramiz Əhmədov 2007-ci ilin sentyabrın 10-da dünyasını dəyişib. Bundan sonra partiya sədrinin müavinləri arasında fikir ayrılığı yaranıb. Nəticədə, AKP partiya sədrinin birinci müavini Rauf Qurbanov və Rüstəm Şahsuvarovun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Şahsuvarovun tərəfdarları oktyabrın 14-də qurultay keçiriblər və Şahsuvarov sədr seçilib.

Partiya sədrinin sözlərinə görə, partiyanın möhürü və digər vacib sənədlərinin Şahsuvarovun rəhbərlik etdiyi qurumdan alınması tələb olunacaq. "Qarşı tərəfin qanun pozuntusuna yol verməyəcəyinə və keçirdiyimiz qurultayın legitimliyini tanıcayağına inanıram",- deyə Qurbanov bildirib.

Qurbanov sonda qeyd edib ki, AKP-nin fəaliyyəti üçün "Siyasi partiyalar haqqında" Qanuna uyğun olaraq, qərargah ayrılması xahişi ilə müvafiq dövlət qurumlarına müraciət olunacaq.

AKP ötən əsrin əvvəllərində yaradılıb. 1993-cü ildə Əhmədov 1991-ci ildə fəaliyyətinə xitam verilmiş AKP-ni bərpa edib. Partiya 2000-2005-ci illərdə Azərbaycan parlamentində təmsil olunub.

Xəbər lenti

Xəbər lenti