...

Respublikanın bir neçə rayonunun prokurorları dəyişdirilib

Siyasət Materials 27 Dekabr 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Respublikanın bir neçə rayonunun prokurorları dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend ə bildirilib ki, baş prokurorun əmri ilə Xanlar rayon prokuroru Allahverdi Novruzov Şəmkirə, Zərdab rayon prokuroru Fizuli Əliyev Xanlara prokuror təyin olunublar.

Zaqatala rayon prokurorunun müavini Bəhruz İbrahimov Zərdab, dövlət ittihamçısı Elman Süleymanov isə Cəbrayıl rayonuna prokuror göndəriliblər.

Məlumatda bildirilir ki, Şəmkir rayonunun prokuroru Arif İbrahimov isə təqaüdə göndərilib.

Xəbər lenti

Xəbər lenti