...

Bhuttonun qətlə yetirilməsindən ən çox prezident Müşərrəf və ABŞ uddu – İran politoloqu

Siyasət Materials 29 Dekabr 2007 11:20 (UTC +04:00)
Bhuttonun qətlə yetirilməsindən ən çox prezident Müşərrəf və ABŞ uddu – İran politoloqu

Azərbaycan, Bakı / "Trend , müxbir D.Xatınoğlu/ "Əl-Qaidə" Pakistan Xalq Partiyasının sədri Benazir Bhuttonun qətlini öz boynuna alsa da, bu terror aktının nəticəsində, ölkə prezidenti Pərviz Müşərrəfin ən böyük müxalifi aradan qötürüldü. "Pakistanda Bhuttonun qətlə yetirilməsindən ən çox prezident Müşərrəf və ABŞ uddu ", - deyə, İran politoloqu, "Əsr-İran" Analitik İnformasiya Agentliyinin Baş direktoru Cəfər Məhəmmədi "Trendə" bildirib.

Dekabrın 27-də Pakistan keçmih Baş naziri, fəal müxaliftəçi Benazir Bhutto terror aktı nəticəsində həlak olub. İranın "Farsnews" Agentliyinin cümə günü yaydığı məlumata əsasən, baş vermiş terroru "əl-Qaidə" şəbəkəsi öz üzərinə götürüb.

Məhəmmədi bu gün Tehrandan telefonla bidlirib ki, Müşərrəf regionda ABŞ-ın ən böyük müttəfiqi hesab olunur. "Onunla müxalifətdə olan Bhutto birbaşa və dolayısıyla Müşərrəf və onun müttəfiqinə zidd mövqe tutub. Bu qətli "əl-Qaidə" terrorçuları törədsə də, hadisəni ABŞ və Müşərrəfin mənafeyinə uyğun hesab edirəm", - deyə, Məhəmmədi bildirib.

İran politoloqunun fikrincə, baxmayaraq ki Bhutto Baş nazir olarkən Pakistan "əl-Qaidə" terrorçularnı mənəvi dəstək və sığınacaq verib, son dövrlərdə onların əleyhinə çıxırdı. "Əl-Qaidə Pakistanda boya -başa çatdi. İndi həmin radikal qrup öz mənəvi anası Bnuttonu aradan qaldırdı. ABŞ Pakistandakı gərginlikləri bəhanə edərək, bu ölkəyə müdaxılələrin artırmasını da istisna etmirəm"-deyə, Məhəmmədi bildirib.

Digər İran politoloqu Əlirza Nurizadə isə, çümə günü telefonla Trend ə bildirib ki, Bhuttonun qətli hamıdan çox Müşərrəfin zərərinə olub. "Müşərrəf Pakistanda yaranmış gərginliyi aradan qaldırmaq üçün Bhuttonun dəstəyinə böyük ehtiyac duyurdu və onun Baş nazir seçilməsinə ümüd edirdi"-deyən Nurizadə əlvə edib ki, Bhutto "əl-Qaidə"-ni deyil, Əfqanıstanın "Taliban" hakimiyyətini dəstəkləyib və bu mövzu Pakistanın əvvəlki siyasəti ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti