...

Gürcüstan vətəndaşları Bakıda səs verə biləcəklər

Siyasət Materials 3 Yanvar 2008 17:34 (UTC +04:00)
Gürcüstan vətəndaşları Bakıda səs verə biləcəklər

Azərbaycan, Bakı/ Trend ,müxbir S.Ağayeva/ Azərbaycanda müvəqqəti yaşayan Gürcüstan vətəndaşları yanvarın 5-də Gürcüstanda keçiriləcək prezident seçkilərində bu ölkənin Azərbaycandakı səfirliyi nəzdində yaradılan seçki məntəqəsində səs verə biləcəklər. Bu barədə cümə axşamı Trend ə diplomatik missiyadan məlumat veriblər. Seçki məntəqəsi Dadaşov küç. 29. ünvanında yaradılıb. Səfirlikdən seçkidə iştirak edəcək insanların sayını dəqiqləşdirmədiklərini bildiriblər. Lakin qeyd ediblər ki, bu, vətəndaşların demokratik hüquqlarıdır və onlar seçkidə iştirak haqqında qərarı özləri qəbul edəcəklər. Diplomatik missiyadan bildiriblər ki, seçkidə iştirak etməyi arzu edənlər səfirliyin konsul xidmətində konsul qeydiyyatına dura bilərlər.

Gürcüstan parlamenti noyabr ayında müxalifətin hazırki prezident Mixail Saakaşvilinin istefası tələbi ilə bütün ölkədə keçirilən mitinqlərindən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib. Prezident seçkiləri ilə paralel olaraq Gürcüstanın NATO-ya üzvlüyü və 2008-ci il parlament seçkilərinin müddəti haqqında referendum keçiriləcək.

Xəbər lenti

Xəbər lenti