...

AMİP seçkini boykot edə bilər

Siyasət Materials 4 Mart 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) ölkədə oktyabrda keçiriləcək prezident seçkisini boykot edə bilər. "Partiyada boykot qərarının tərəfdarları kifayət qədərdir və bu məsələ AMİP-in qurultayında müzakirəyə çıxarılacaq" çərşənbə axşamı Trend ə AMİP sədrinin katibi Əli Orucov bildirib.

AMİP-in Mərkəzi Şurasının fevralın əvvəlində çıxardığı qərarına əsasən, partiyanın qurultayı 45 gün ərzində keçirilməlidir. Toplantıda partiyaya yeni sədr seçiləcək.

Orucov bildirib ki, hazırkı seçki mühiti dəyişməsə, AMİP boykot qərarı verəcək. Onun fikrincə, namizədlərə ədalətli rəqabət aparmaq üçün şərait yaradılmalıdır. "Qurultayda seçkidə iştirakın tərəfdarları üstünlük təşkil etsə, namizədin kimliyi də müəyyənləşəcək" Orucov əlavə edib.

Onun sözlərinə görə, partiyanın lideri Etibar Məmmədov hələ də seçkidə iştirak qərarını dəqiqləşdirməyib. Əgər Məmmədov seçkidə iştirak qərarı versə, AMİP onun ətrafında seçki bloku yaradılması işinə start verəcək.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti