...

Prezident İlham Əliyev bəzi fərmanlara əlavə və dəyişikliklər edilməsi haqqında fərman imzaladı

Siyasət Materials 14 Mart 2008 02:55 (UTC +04:00)

Azərbaycan, Bakı 14 mart / Trend / Prezident İlham Əliyev bəzi fərmanlara əlavə və dəyişikliklər edilməsi haqqında fərman imzaladı.

Birinci qərar "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 noyabr tarixli 652 nömrəli Fərmanının icrasını təmin etmək məqsədini daşıyır.

İkincisi isə - "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 452-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədini.

Xəbər lenti

Xəbər lenti