...

Xələf XələfovYunanıstan nümayəndə heyətini qəbul edib

Siyasət Materials 17 Mart 2008 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart/ Trend / Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Yunanıstanın iqtisadi inkişaf naziri Xristos Foliasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend a XİN-in mətbuat xidmətindən məlumat veriblər. Qonaq ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu və ölkəmizin Avropanın enerji təchizatında və enerji dəhlizlərinin diversifikasiyasında xüsusi rolunu qeyd edib. Folias iqtisadiyyatın digər sahələrində də qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün imkanların olduğunu və bu tədbirlərin iqtisadi əlaqələrin dərinləşdirilməsinə təkan verəcəyini diqqətə çatdırmb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti