...

İran Parlamentin ikinci mərhələ seçkiləri aprelin 26-da keçiriləcək

Siyasət Materials 25 Mart 2008 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart / " Trend news ", müxbir D.Xatınoğlu/ İranda parlament seçkilərinin ikinci mərhələsi aprelin 26 - da keçiriləcək. Bu barədə Iran Ali Dini Şurasının mətbuat katibi Abbasəli Kədxudai məlumat verib.

Iranda martın 14 - də keçirilən parlament seçkilərində 290 yer uğrunda 4500 namizəd mübarizə aparıb. İranın rəsmi statistikasına əsasən, ölkədə təhminən 44 milyon əhali seçki hüququna malikdir. Hazırda, parlament seçkilərinin birinci mərhələsi başa çatıb. DİN-in rəsmi məlumatına əsasən, Tehranda səs vermə hüququna malik olan əhalinin 60%-i, digər şəhərlərdə isə təxminən 75% əhali seçkilərdə iştirak edib. Hakim partiya "Usulgəra" koaliasiyası parlamentin 71% yerini qazanıb.

Ali Dini Şuranın məlumatına əsasən, birinci mərhələdə Tehranda 19 nəfər "Usulgəra" koaliasiyasından Parlament seçkilərində qalib gəlib. Parlamentdə Tehrana məxsus digər 11 yerin taleyi ikinci mərhələdə məlum olacaq.

İranın seçki qanunlarına əsasən, ikinci mərhələdə, seçkilərə qalan namizədlər, seçki dairəsində ən çox səs qazanaraq parlamentə yol tapır.

İran parlament seçkilərinin nəticəsi ölkənin daxili və xaricində etirazlara səbəb olsa da, seçkilərin nəzarətçisi İran Ali Dini Şurası indiyədək saxtakarlıq faktının qeydə alınmamasını bildirib.

Rəsmi statistikaya əsasən, ölkədə islahatçıların namizədlərinin təxminən 60%-nin parlament seçkilərində namizədliyi qeydə alınmayıb. İslahatçi hərəkatlardan biri biri "Etimad-Milli" partiyasının qurucu heyətinin üzvü Əbulfəzl Şukuri seçki qabağı "Trend news"a açıqlamasında seçkilərin ədalətsiz şəraitdə keçirilməsinə baxmayaraq, islahatçıların seçkilərdə aktiv rəqabət aparacağını bildirib.

İran DİN-nin rəsmi məlumatına əsasən, indiyədək hakim partiyanın nümayəndəsi olan "Usulgəra" koaliasiyası parlament yerlərinin 71% - ni qazanıb. Digər islahatçı partiya "Müşarikət"-in tərəfdarı olan iranlı politoloq İsa Səhərxiz seçkilərin nəticəsinin yayılmasından sonra Tehrandan Trend a açıqlamasında bildirib ki, islahatçıların əksəriyyətinin namizədliyinin qeydə alınmaması və ədalətsiz şəraitdə rəqabət aparılmasına baxmayaraq, nailiyyətləri qəraətbəxş olub.

İslahatçı partiyaların sədri eks-prezident Məhəmməd Xatəmi və sabiq spiker Mehdi Kərrubi səslərin sayılması və yayılan nəticələrin şübhəli olduğunu bildirərək, Ali Dini Şuradan bir daha səslərin sayılmasına istəyiblər.

Ali Dini Şurasının mətbuat xidməti martın 24-ə olan məlumatında bildirib ki, 30 seçki dairəsinə aid səslərin yenidən sayılıb, saxtakarlıq faktı qeydə alınmayıb.

İslahatçı partiyaların yaydığı məlumat isə bunu təsdiqləmir. Onların məlumatına əsasən, Tehranda 30%, digər şəhərlərdə isə 40%-a yaxın səsvermə hüququna malik insanlar seçkilərə qatılıb.

İranda birinci mərhələdə seçkilərdəki səslərin 25%-nı qazanan namizədlər parlamentə yol tapır, digərləri isə ikinci mərhələyə qalaraq rəqabət aparır.

Xəbər lenti

Xəbər lenti