...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Siyasət Materials 2 Aprel 2008 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel/ Trend / Aprelin 2-də Bakı Fond Birjasında Milli Bankın 50101319S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 55 000 000 manat, hərraca çıxarılan həcm 50 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın çərşənbə günü yayılan məlumatında deyilir.

13 investor tərəfindən təşkil edilən sifarişlərin ümumi məbləği 70 306 600 manat təşkil edib. Sifarişlər 99.16% (gəlirlik 10.89%) - 99.29% (gəlirlik 9.19%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.20% (gəlirlik 10.37%) orta ölçülmüş qiymət - 99.21% (gəlirlik 10.24%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi, 2 367 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 50 000 000 manat təşkil edib.

Notların ödəmə tarixi - 30 aprel 2008 -ci il.

Xəbər lenti

Xəbər lenti