...

ATƏT Azərbaycanda hakimlər və prokurorlar üçün kurslar keçirir

Siyasət Materials 12 May 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may/ Trend , müxbir M.Əliyev/ATƏT bazar ertəsi Azərbaycanda, insan alveri ilə mübarizə məsələləri üzrə hakimlər və prokurorlar üçün xüsusi kurslara başlayır. Bu barədə bazar ertəsi ATƏT-in Bakı ofisindən məlumat veriblər.

"ATƏT hesab edir ki, peşəkar hazırlıq Azərbaycanın məhkəmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılması üçün vacib əhəmiyyət kəsb edir", - ATƏT-in Bakı ofisi rəhbərinin müavini Aleksis Şahtaxtinski bildirib.

Layihə "İnsan alveri üzrə mübarizə üzrə Milli Fəaliyyət Planı" çərçivəsində, Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Kurs Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən Beynəlxalq Əmək Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzi ilə birgə təşkil edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] z

Xəbər lenti

Xəbər lenti