...

Rusiya Dövlət Duması sədrinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 13 May 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may/ Trend , müxbir İ.Əlizadə/ Rusiya Parlamentinin Aşağı palatası - Dövlət Dumasının sədri Boris Qrızlovun çərşənbə axşamı Azərbaycana rəsmi səfəri başlayıb. Trend -un məlumatına görə, Qrızlov əvvəlcə Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Bu saatlarda Qrızlov Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovla görüşür. Dumanın sədri daha sonra Baş nazir Artur Rəsizadə ilə görüşəcək, prezident İlham Əliyevin qəbulunda olacaq.

Qrızlov eyni zamanda, rus-provaslav kilsəsini də ziyərət edəcək və Azərbaycanda yaşayan ruslarla görüşəcək. Səfərin yekunlarına dair mətbuat konfransının keçirilməsi də planlaşdırılıb.

Səfərdə məqsəd Rusiya ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparmaqdır.

Duma sədrinin səfəri bir günlükdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti