Ukrayna, Kiyev, 22 may / " müxbir Z.Novosvitski/ Kiyevdə cümə axşamı Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində yeddi ikitərəfli sənəd imzalanıb.
Dövlət başçıları - İlham Əliyev və Viktor Yuşşenko Ukranya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq barədə Bəyannamə imzalayıblar. Onlar, həmçinin, Ukrayna və Azərbaycan Respublikaları Prezidentləri Şurasını təsis ediblər və onun Nizamnaməsini imzalayıblar.
Hökumətlərarası razılaşmalar iki sənəddə qeydə alınıb: İnformasiyalaşdırma və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair saziş; dövlət xidmətinin inkişafı sahəsində əməkdaşlığa dair saziş. 2008-2009-cu illərdə Ukraynanın Ailə, Gənclər və İdman İşləri üzrə Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq Proqramı, 2008-2012-ci illərdə Ukraynanın Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirlikləri arasında əməkdaşlığa dair Proqram qəbul olunub.
Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Dövlət Komissiyası ilə Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında qarşılıqlı anlaşma memorandumu da imzalanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend