...

Azərbaycanının Mərkəzi Seçki Komissiyası prezidentliyə iddialıları qanunsuz kampaniya aparmamağa çağırıb

Siyasət Materials 27 May 2008 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir E.Babayev/ Azərbaycanının Mərkəzi Seçki Komissiyası prezidentliyə iddialı olan namizədləri indidən qeyri-qanuni addımlar atmamağa çağırıb. "Seçki kampaniyasına rəsmən start verildikdən sonra, prezidentliyə namizədlərin fəaliyyəti ciddi şəkildə nəzarətə götürüləcək" - MSK-nın çərşənbə axşamı keçrilən iclasında komissiyanın sədri Məzahir Pənaşov bildirib.

" Trend un arayışı: Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizədlərin kampaniyası seçkiyə rəsmən start verildikdən sonra mümkündür.

Son günlər Azərbaycanın bir sıra bölgələrində Ümid Partiyasınını sədri, prezidentliyə iddialı İqbal Ağazadənin reklam çarxları və plakatları yayılıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Üç partiyanın (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkini boykot etmək istəyir. İndiyədək Müsavat Partityasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə, hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir.

Pənahov qeyd edib ki, prezidentliyə namizədlər adekvat qarşılanan addımlar atmalıdırlar. Onun sözlərinə görə, hər bir napmizədin hərəkətinə seçkilərə start veriləndən sonra qiymət veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti