Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycan Silahlı Qüvvələrinin zabitləri üçün yeni mənzillər inşa olunur. "İlin sonuna kimi Bakıda 165 mənzilli 2 bina hərbi qulluqçuların ixtiyarına veriləcək", çərşənbə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu jurnalistlərə bildirib.
Trend -un arayışı: Azərbaycan Müdafiə Nazirliyi hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkənin müxtəlif ərazilərində yeni binalar tikir.
Sabiroğlu deyib ki, bundan başqa, Şəmkir, Ələt və Göytəpədə yeni mənzillərin tikintisi aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]