...

Azərbaycan neftinin qiyməti artıb

Siyasət Materials 24 İyun 2008 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir A.Bədəlova / İyunun 23 -də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $139,14/bar. təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $0,88/bar. artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 23-də $136,95/bar. təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,96/bar. çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 23-də $128,09/bar. təşkil edib və bu, əvvəlki qiymətdən $0,95/bar. çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftlə analoji vəziyyət müşahidə edilir. İyunun 23-də Brent Dated neftinin 1 barelinin qiyməti $135,06/bar. təşkil edib, bu da əvvəlki qiymətdən $0,8/bar. çoxdur.

Xəbər lenti

Xəbər lenti