...

AŞPA Ukraynada 30-cu illərin aclığı məsələləri üzrə məruzəçini təsdiq edib

Siyasət Materials 26 İyun 2008 17:58 (UTC +04:00)

Ukrayna, Kiyev 26 iyun/ Trend , müxbir Z.Novosvitski/ AŞPA-nın siyasi komitəsinin iclasında 30-cu illərin aclığının (Qolodomorun) Ukraynada və keçmiş Sovet İttifaqının digər ərazilərində totalitar rejimin cinayəti kimi pislənməsi məsələsi üzrə məruzəçi təsdiq edilib. Məruzəçi AŞPA-nın vitse-prezidenti Aleksandr Biberay (Albaniya) seçilib.

Bu barədə AŞPA-dakı daimi nümayəndə heyətinin sədr müavini, "Bizim Ukrayna - Xalq özünümüdafiəsi" fraksiyasından olan xalq deputatı Olqa Gerasimyuk bildirib, "Bizim Ukrayna - Xalq özünümüdafiəsi"-nin mətbuat xidməti xəbər verib.

"O, deyib ki, bu namizədliyi yekdilliklə AŞPA-dakı ən böyük siyasi qrup olan Avropa Xalq Partiyası irəli sürüb".

"Siyasi komitə tərəfindən təsdiq edilən məruzəçi məruzənin iki müxtəlif məsələnin tədqiq edilməsi ilə bağlı gələcək məruzə üzrə mövqeni bildirib. Ukraynada olan açlıq və ayrıca - keçmiş SSRİ-nin ərazisindəki kütləvi aclıq",- o qeyd edib. Onun sözlərinə görə Biberay məruzəsinin adını Siyasi Komitənin sentyabr ayında keçiriləcək növbəti iclasına kimi təqdim edəcək.

Bəzi Ukrayna tarixçilərinin rəyinə əsasən, 1932-1933-cü illərin aclığı yeddi milyondan on milyona kimi insanın həyatına son qoyub. Rusiya alimlərinin fikrinə görə, 1932-1933-cü illərin aclığı SSRi-nin əsas taxıl rayonları Ukraynanı, Şimali Qafqazı, Aşağı və Orta Pavoljiyanı, Mərkəzi Qaratorpaq diyarının böyük hissəsini, Qazaxstanı, Qərbi Sibiri və Cənubi Uralı əhatə edib. Müxtəlif məlumatlara görə, aclıqdan yeddi-səkkiz milyon insan ölüb ki, bunun da 3-3,5 milyonu Ukraynada olub. Rəsmi Kiyev bu hadisələrin Ukrayna xalqının genosidi kimi qəbul edilməsinə təkid edir.

İndiyə kimi dünyanın 17 parlamenti 30-cu illərin aclığını Ukrayna xalqının genosidi kimi qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti