...

Rusiya və Aərbaycanın regional təşkilatlarda əməkdaşlığı Medvedyevin Bakı səfərinin əsas mövzularından biridir

Siyasət Materials 3 İyul 2008 13:05 (UTC +04:00)
Rusiya və Aərbaycanın regional təşkilatlarda əməkdaşlığı Medvedyevin Bakı səfərinin əsas mövzularından biridir

Azərbaycan, Bakı, 03 iyul/ Trend / Rusiya və Aərbaycanın regional təşkilatlarda əməkdaşlığı Rusiya prezidenti Dmitri Medvedyevin iyulun 3-4-də Bakı səfərinin əsas mövzularından biridir. "Rusiya prezidentinin Azərbaycana səfəri zamanı iki ölkənin beynəlxalq arenada əməkdaşlıq məsələlərinə xüsusi diqqətin yetirilməsi planlaşdırılıb", - İTAR-TASS-a RF prezidentinin köməkçisi Sergey Prixodko bildirib.

"Azərbayacnın Kollektiv Təhlükəsizlik Müqaviləsi"nə üzv olmamasına, əksinə, GUAM-a daxil olmasına  baxmayaraq, bu, əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığımızın sürətləndirilməsinə heç vəchlə təsir etmir. Biz regiondakı vəziyyət və digər məsələlər üzrə mütəmadi fikir mübadiləsi edirik. İlham Əliyev MDB-nin saxlanılmasının və bu mütəmadi formatın qorunmasının tərəfdarıdır", - Prixodko qeyd edib. 

"2007-ci ilin oktyabrında Tehranda ikinci Xəzər Dənizi Sammiti zamanı nail olunmuş razılaşmalar kontekstində, prezidentlər Xəzər dənizinin beynəlxalq-hüquqi statusu və Xəzərdə təhlükəsizliyin təmini problemlərini nəzərdən keçirəcəklər",- deyən dövlət başçısının köməkçisi qeyd edib ki, üçüncü Xəzər Dənizi Sammitinin cari ilin yayında Bakıda keçiriləcəyi planlaşdırılıb.

İki ölkə başçısının danışıqlarında "İranın nüvə proqramı məsələsinə toxunulacaq". "Moskvada, qonşu ölkədə çox sayda azərbaycanlıların yaşamasını nəzərə alraq, Azərbaycanda İrandakı vəziyyətə necə münasibət bəslənməsini bilmək istəyirlər", - Prixodko deyib.

Danışıqlarda xüsusi diqqət "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə fikir mübadiləsinə yetiriləcək". "Bu problem iyunun 6-da Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentlərinin ilk görüşlərinin nəticələri üzrə Rusiya və Azərbaycan prezidentlərinin görüşündə müzakirə edilib", - deyə Prixodko xatırladıb.

"Rusiya tənzimlənmənin kompromis variantının tapılmasına fəal köməklik göstərməyi davam etməyə hazırdır. Rusiyanın Qarabağ üzrə prinsipal mövqeyi dəyişməz qalır", - o, qeyd edib. Son tənzimləmə formulunun seçimi azərbaycanlıların və ermənilərin üzərinə düşür. Rusiya münaqişəyə cəlb edilən tərəflərin qəbul edəcəyi problemin həll variantını dəstəkləməyə, kompromiss razılaşma əldə edildikdə isə, tənzimlənmənin qarantı kimi çıxış etməyə hazır olacaq.

Xəbər lenti

Xəbər lenti