...

Azərbaycanada diplomat günü qeyd edilir

Siyasət Materials 9 İyul 2008 11:43 (UTC +04:00)
Azərbaycanada diplomat günü qeyd edilir

Azərbaycan, Bakı, 09 iyul/ Trend , müxbir E.Əliyev/ Azərbaycanda Diplomatik xidmət günü qeyd edilir. Bayram Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust sərəncamı ilə təsis edilib.

Ölkənin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat 1919-cu il iyulun 9-da  müsəlman şərqində ilk olan Azərbaycan Demokratik Respublikasının (ADR) hakimiyyəti dövründə qəbul edilib.

Milli diplomatiyanın ADR-in yaradılmasında və müasir dövrdə müstəqil Asərbaycanın quruculuğu prosesində rolunu nəzərə alaraq, dövlət başçısı iyulun 9-nun diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.

Bu gün Azərbaycan dünyanın 160 ölkəsi ilə diplomatik münasibətlər qurub. Respublikanın diplomatik missiyaları 58 ölkədə fəaliyyət göstərir. Bakıda isə 56 dövlətin səfirliyi və beynəlxalq təşkilatların nümayəndəlikləri akkreditə edilib.

Xəbər lenti

Xəbər lenti