...

ATƏT seçkinin demokratik olmayacağı barədə bəyanat verməyib - qurumun Bakı Ofisinin rəhbəri

Siyasət Materials 9 İyul 2008 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul/ Trend , müxbir E.Babayev/ ATƏT Azərbaycanda həbsdə olan jurnalistlər azadlığa çıxmayacağı təqdirdə seçkinin demokratik olmayacağı barədə bəyanat verməyib. "Mənim belə bir bəyanat barədə məlumatım yoxdur", Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero deyib.

Trend -un arayışı: Azərbaycanda 3 jurnalist həbsdədir. "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Cinayət Məcələsinin terrorçuluqla hədələmə (214.1-ci), qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma (213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. "Azadlıq"ın əməkdaşı Mirzə Sakit də həbsdədir.

Herrero bildirib ki, ATƏT bu ilin oktyabrında Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkisinə öz töhfəsini vermək istəyir. "Biz seçki ilə bağlı əsas 3 məsələyə diqqət ayırırıq. Bunlardan birincisi, adminstrativ resursların bərabər bölünməsidir. İkinci məsələ bütün namizədlər üçün bərabər imkanların yaradılmasıdır. Üçüncü məsələ isə həm səsvermə, həm də səslərin sayılması məsələsində demokratik prinsiplərin nəzərə alınmasıdır", - deyə o bildirib. Onun sözlərinə görə, ATƏT bu sahədə olan problemlərin həll olunacağına inanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti