...

Ermənistan -Türkiyə münasibətlərinin tənzimlənməsinə keçmiş mane olur

Siyasət Materials 23 İyul 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend , müxbir V.Javronkova, R.Hafizoğlu/ İki ölkə münasibətlərinin tənzimlənməsinin bütün vacibliyinə baxmayaraq, keçmiş münaqişələr hər iki tərəfdən emosional şəkildə nəzərdən keçirildikcə, Ermənistan və Türkiyə razılığa gələ bilməyəcəklər. Ekspertlər belə hesab edirlər.

"Problem iki xalq arasında münaqişədən ibarət olduqca və bunu hər iki tərəf emosional şəkildə hiss etdikcə, danışıqların rasional seçim olmasına baxmayaraq, heç bir şey problemi həll edə bilməyəcək", - avropalı ekspert Cəlil Roşandel hesab edir.

Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla münasibətləri kəsib. Lakin İrəvan və Ankara arasında əsas fikir ayrılıqları iyirminci əsrin əvvələrindəki hadisələrlə - Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilərin kütləvi qırğınlarının baş verməsi ilə əlaqədardır. Erməni tərəfi iddia edir ki, o zaman bir milyondan çox erməni öldürülüb. Türkiyə bunun "soyqırım" aktı olması barədə Ermənistanın iddialarını inkar edir, - BBC Russian yazır.

İyulun 8 - də Türkiyədə türkiyəli və erməni diplomatlar arasında "məxfi danışıqlar" keçirilib.

Avropalılar hesab edirlər ki, köhnə Türkiyə-Ermənistan düşmənçiliyi tərəflərə Aİ-nin tamhüquqlu üzvü olmağa mane olan başlıca amillərdən biridir. "Türkiyə və Ermənistan Aİ-yə daxil olarkən öz maraqlarını qorumağa səy göstərirlər", - Fransanın Sosial Elmlər İsntitutunun təhlükəsizlik sahəsində araşdırmalar üzrə direktoru Roşandel elektron poçtla Trend -a bildirib.

Türkiyəli ekspert İhsan Tezegül hesab edir ki, məhz indiki vaxtda Ermənistan və Türkiyə münasibətləri məsələsinin qaldırılması siyasi sifariş ola bilər.

"Hökumət rəsmi şərh verməsə də, ehtimal var ki, Avropa İttifaqının AKP-ni dəstəkləməsi əvəzinə, onlardan Ermənistanla münasibət yaratmaq tələb olunur", - erməni-türk münasibətləri məsələsinin tədqiqatçısı Tezegül çərşənbə axşamı telefonla Trend -a bildirib.

Hazırda Türkiyənin Konstitusiya Məhkəməsi dünyəvi dövlət olan Türkiyədə şəriət qanunlarını tətbiq etmək niyyətinə münasibətdə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı iddianı nəzərdən keçirir. Avropa İttifaqı hesab edir ki, bu məhkəmə Türkiyənin Aİ-yə üzv olması imkanlarına mənfi təsir edə bilər və məsələ məhkəmədə deyil, səsvermə yolu ilə həll edilməlidir.

Tennesi Texnoloji Univeristetinin professoru, politoloq Maykl Günter də uzun düşmənçilik illərindəın sonra Ermənistan və Türkiyə danışıqlarının yekunlarını perspektivsiz hesab edir. Onun sözlərinə görə, indiyədək münasibət yaratmaq üçün edilən bir çox rəsmi cəhdlər uğurla nəticələnməyib.

Roşandelin rəyinə görə, iki dövlətin uzun düşmənçilik tarixinə görə, hər iki tərəf anlayır ki, tərəflər arasında danışıqların təfərrüatları ictimaiyyətə gizli qalmalıdır.

"Türkiyə və Ermənistan babalarının pis bir şey etmədiklərini və özlərinin qurban olduqlarını iddia etdikcə, britaniyalı jurnalist Qvin Dayerin "türkiyəli saxtakarlar və erməni yalançılar" sitatı aktual olacaq", - Günter hesab edir.

Xəbər lenti

Xəbər lenti