...

Azərbaycanda prezident seçkisinin tarixi elan olundu

Siyasət Materials 28 İyul 2008 16:29 (UTC +04:00)
Azərbaycanda prezident seçkisinin tarixi elan olundu

Azərbaycan, Bakı, 28 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bazar ertəsi keçirilən iclasında məlumat verib.

O bildirib ki, MSK prezident seçksisinə hazırlığı yüksək səviyyədə həyata keçirib. "Yanvar ayından seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb və bu iş yüksək səviyyədə aparılıb. Dairə seçki komissiyaları üçün yüksək iş şəraiti yaradılıb və onların böyük əksəriyyəti yeni binalarla təmin olunub",- deyə MSK sədri bildirib.

Trend -un arayışı: İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları isə seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər. Müxalif Vəhdət və Tərəqqi partiyaları da İlham Əliyevi müdafiə etmək barədə qərar verəcəklərini bildiriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə yekun qərar qəbul edib. Azərbaycanın Demokratik İslahatlar Partiyası prezident seçkisində müşahidəçi mövqeyi tutacağını bəyan edib.

ATƏT qarşıdan gələn prezident seçkisilə əlaqədar Azərbaycana 30 uzunmüddətli və 450 qısamüddətli müşahidəçi göndərəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti