...

Azərbaycan sərhədçiləri vizası olmayan 129 nəfəri saxlayıblar

Siyasət Materials 4 Avqust 2008 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir E.Babayev/ Bu ilin iyul ayında Azərbaycan sərhədçiləri vizası olmayan 129 nəfəri saxlayıblar. Onlardan 62 nəfəri İran, 20 nəfəri Türkiyə, 15 nəfəri Azərbaycan, qalanı başqa ölkələrin vətəndaşlarıdır. Saxlanılanlardan 1 nəfərin vətəndaşlığı olmayıb. Bu barədə bazar ertəsi Trend -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

İyul ayında vizalarının müddəti qurtardığına görə saxlanılan şəxslərin sayı 47 nəfər olub. Onların arasında İran vətəndaşları (16 nəfər ) üstünlük təşkil edib. Azərbaycan sərhədçiləri ötən 1 ayda müvafiq sənədləri olmadığına görə 34 halda 45 nəfəri saxlayıblar. Saxlanılanlar barəsində müvafiq tədbirlər görülüb.

Ümumiyyətlə, keçən ay dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən, 28 halda 55 nəfər sərhəd pozucusu saxlanılıb. Onların 22 nəfəri Gürcüstan, 13 nəfəri Azərbaycan, 7 nəfəri İran, 5 nəfəri Əfqanıstan, 3 nəfəri Pakistan, 2 nəfəri Türkiyə, 2 nəfəri Rusiya və 1 nəfəri Nigeriya vətəndaşı olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti