...

Cənubi Osetiya Rusiya Federasiyasına birləşdirilməlidir – Rusiya Konqresinin vitse-prezidenti

Siyasət Materials 11 Avqust 2008 19:09 (UTC +04:00)

Rusiya, Moskva, 11 avqust/ Trend müxbir R.Ağayev/ Cənubi Osetiya üçün yaranmış vəziyyətdən yeganə çıxış Rusiyaya qoşulmaqdır, Rusiyanın Qafqaz Xalqları Konqresinin vitse-prezidenti Rauf Verdiyev bazar ertəsi Moskvada keçirilən mətbuat konfransında bildirib.

"Cənubi Osetiyaya maksimal müstəqillik verərək, sonradan onu Rusiya Federasiyasına birləşdirmək - yaranmış vəziyyətdən ən əlverişli çıxışdır", - Verdiyev bildirib.

Vitse-prezidentin sözlərinə görə, Cənubi Osetiyanın Şimali Osetiya ilə birləşməsi osetin xalqının öz müqəddəratını təyin etmək problemini tezliklə həll edəcək. Verdiyev bildirib ki, parçalanmamış xalqlar məsələsi üzrə osetin xalqının qurultayının keçirilməsi Cənubi Osetiyanın gələcəyinin müəyyən edilməsi üçün zəruridir.

Avqustun 8-də gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Səhər gürcü ordusunun Tsxinvaliyə daxil olması barədə məlumat yayılıb. Rəsmi Tbilisi bu hadisələri "Konstitusiya rejiminin bərpası" adlandırır. Tanınmamış Cənubi Osetiya Rusiyadan hərbi kömək istəyir. Dünən səhər Gürcüstanın ehtiyatda olan hərbi qulluqçularının səfərbərliyi elan edilib.

Rusiya KİV-in məlumatına əsasən, rusiyalı sülhməramlılar arasında həlak olan və yaralananlar var. Gürcüstan tərəfi 20 hərbi qulluqçunun həlak olduğunu bildirir. Rusiya XİN rəhbəri bəyan edib ki, Cənubi Osetiyanın dinc sakinləri arasında həlak olan və yaralananların sayı minlərlədir.

Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli və Bolnisi şəhərləri Rusiya HHQ-nin intensiv atəşinə məruz qalıb. Marneuli hava limanının atəşə tutulması nəticəsində ən azı dörd nəfər həlak olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] .

Xəbər lenti

Xəbər lenti