...

Azərbaycan XİN seçkilərin gedişini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətnamələr göndərib

Siyasət Materials 18 Avqust 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust/ Trend , müxbir E.Əliyev/ Azərbaycan XİN ölkədə qarşıdan gələn prezident seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətnamələr göndərib.

"Onların arasında ATƏT, AŞPA, GUAM, MDB var. ATƏT və AŞPA artıq müşahidəçilərin tərkibini müəyyən ediblər", - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bazar ertəsi jurnalistlərə bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Azərbaycan MSK-sı 15 namizədi qeydiyyata alıb.

"ATƏT-dən Azərbaycana sloveniyalı diplomat Boris Firliçin başçılığı ilə 30 uzunmüddətli və 450 qısamüddətli müşahidəçi göndəriləcək. ATƏT-in missiyası faktiki olaraq qısamüddətli müşahidəçilərin gəlişi ilə sentyabrın 7-də başlayacaq", - İbrahim bildirib. AŞPA-dan Andres Herkelin başçılığı ilə 30 müşahidəçinin gələcəyi gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti