...

Azərbaycandakı məscidlərin mühafizəsinin gücləndirilməsi məsələsi müzakirə oluna bilər

Siyasət Materials 21 Avqust 2008 12:54 (UTC +04:00)
Azərbaycandakı məscidlərin mühafizəsinin gücləndirilməsi məsələsi müzakirə oluna bilər

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda fəaliyyət göstərən məscidlərin mühafizəsinin gücləndirilməsi ilə bağlı müraciət olarsa, bu məsələyə baxıla bilər. Bu barədə cümə axşamı Trend -a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev deyib.

İdarə rəisi bildirib ki, avqustun 17-də Əbu Bəkr məscidində baş vermiş partlayış hadisəsindən sonra ölkədə fəaliyyət göstərən məscid rəhbərləri tərəfindən mühafizənin gücləndirilməsi ilə bağlı hələki müraciət daxil olmayıb.

Avqustun 17-də saat 20.50 radələrində Bakıda, Ü.Bünyadzadə küçəsində yerləşən Əbu Bəkr məscidində partlayış baş verib.

Naməlum şəxs məscidin pəncərəsini daşla sındıraraq, iki ədəd RQD-1 əlqumbarasını məscidin içərisinə atıb.

Rəsmi məlumata görə, hadisə zamanı 2 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilir. Qeyri-rəsmi mənbələr isə 3 nəfərin öldüyünü bildirir.

Quliyev həmçinin qeyd edib ki, məlum hadisədən sonra dövlət obyektlərinin mühafizəsinin gücləndirilməsi ilə bağlı Baş Mühafizə İdarəsinə göstəriş verilməyib. "İndiyədək bizim mühafizə etdiyimiz obyektlərdə belə bir insident olmayıb", - o vurğulayıb.

Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov cümə axşamı Trend -a bildirib ki, məlum olaylar tam aydınlaşandan, hadisəyə hüquqi-qiymət veriləndən sonra məscidin mühafizəsi ilə bağlı müraciət oluna bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti