Gürcüstan, Tbilisi, 26 avqust / Trend müxbir N.Kirtsxaliya / Tbilisi erməniləri Tbilisidəki erməni teatrının binası qarşısında Rusiya təcavüzünə qarşı etiraz aksiyası keçirirlər.
Bina qarşısına toplaşan erməni mənşəli pedaqoqlar "Müstəqil Gürcüstandan əlini çək!" plakatları ilə artıq Rusiya Federasiyasının Tbilisidəki səfirliyinə tərəf istiqamətləniblər.
"Gürcüstan - çoxmillətli ölkədir və burada bütün millətlərin nümayəndələri, o cümlədən ermənilər azad şəkildə yaşayır və o, bizim üçün Vətəndir, heç kimin onu bombalamaq və zəbt etmək haqqı yoxdur", - deyə "bütün işğalçıların dərhal çıxmasını" tələb edən erməni pedaqoqlar bəyan ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]