...

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin məbləği artırılıb

Siyasət Materials 27 Avqust 2008 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend /Prezident İlham Əliyev çərşənbə günü

uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqnda sərəncam imzalayıb.Sərəncama əsasən,bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 20 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 10 manat miqdarında müəyyən edilib.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.
Sərəncam sentyabrın 1-dən qüvvəyə minir.



Xəbər lenti

Xəbər lenti