...

Rusiya 12 gürcü hərbçini vətənə xəyanətə görə məhkum edilmiş general Roman Dumbadzeyə dəyişib

Siyasət Materials 28 Avqust 2008 14:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya tərəfi 12 gürcü hərbçini vətənə xəyanətə görə məhkum edilmiş general Roman Dumbadzeyə dəyişib. Danışıqlar iştirakçısı deputat Qiya Tortladzenin verdiyi məlumata görə, dəyişmə 30 dəqiqə əvvəl İnqur körpüsündə baş tutub.

General Dumbadze Gürcüstan Silahlı Qüvvələrinin 25-ci Batumi briqadasının komandanı olub. O, Acarıstanın o vaxtkı rəhbəri Aslan Abaşidzeni Tbilisi ilə qarşıdurmada dəstəkləyib. Abaşidze qovulduqdan sonra Dumdadze xəyanətə görə ömürlük həbs cəzasına məhkum edilib.

Avqustun 18-də Poti limanına rus işğalçılarının hücum etməsi zamanı 12 gürcü hərbçi əsr alınıb.

Xəbər lenti

Xəbər lenti