...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə tütün məmulatı keçirilməsinin qarşısı alınıb

Siyasət Materials 28 Avqust 2008 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir К.Зərbalıyeva/ Azərbaycan sərhədçiləri İrandan respublikamıza qaçaqmalçılıq yolu ilə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısını alıblar.

Trend -un məlumatına görə, Dövlər Sərhəd Xidməti mətbuat mərkəzinin cümə axşamı yaydığı məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı 4860 qutu "Esse" markalı və 840 qutu "Marlboro" markalı siqaretlə sərhəd pozucusu qismində saxlanılıb, digər sərhəd pozucusu isə qaça bilib.

DSX əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxs də saxlanılıb.

Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanıb.

Ölkə ərazisində "Xaş-xaş 2008" şərti adı altında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 13-də Şərur rayonunun Qarahəsənli kəndi ərazisində 0,5 ha sahədən 2 ton 350 kq yabanı bitmiş çətənə kolu yığılaraq məhv edilib.

Мüəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti