...

İran hərbi məhsullarını 50 ölkəyə ixrac edir – İranın müdafiə naziri

Siyasət Materials 29 Avqust 2008 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust / Trend / İranın müdafiə naziri Mustafa Nəccar bildirib ki, İrana qarşı sanksiyalara baxmayaraq hazırda bu ölkənin hərbi məhsulları dünyanın 50 ölkəsinə ixrac olunur.

"Müdafiə Nazirliyi hazırda müxtəlif növ hərbi sursatların istehsalında heç bir ölkə ilə müştərək işləmir " -deyə Nəccar bu gün Urmiya şəhərində Cümə namazında çıxışı zamanı bildirib. Bu barədə İranın "Farsnews" agentliyi məlumat yayıb.

O əlavə edib ki, İran hazırda kosmik fəza və hərbi hava texnologiyasında yeni nailiyyətlər əldə edib.

"Müdafiə Nazirliyi mütəxəssislərinin hər yeni nailiyyəti İrana qarşı sanksiyaları təsirsiz edir" - deyə Nəccar bildirib.

O əlavə edib ki, İran kadr potensialı gücünə pilotsuz təyyarə istehsal edir.

Müdafiə Nazirliyi müxtəlif növ texnologiya, o cümlədən raket atan gəmilər, sualtı gəmi, dəniz topları, tank istehsalında və digər sahələrdə yeni nailiyyətlər əldə edib.

Xəbər lenti

Xəbər lenti