...

Macarıstan parlamenti sədrinin Azərbaycana rəsmi səfəri başlayır

Siyasət Materials 4 Sentyabr 2008 13:09 (UTC +04:00)
Macarıstan parlamenti sədrinin Azərbaycana rəsmi səfəri başlayır

Azərbaycan, Bakı, 4 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Macarıstan parlamentinin sədri Katalin Szilinin cümə axşamı Azərbaycana rəsmi səfəri başlayır.

"Səfərdə məqsəd Azərbaycanla Macarıstan arasında əlaqələrin genişləndirilməsi məsələsini müzakirə etməkdir" cümə axşamı Trend -a Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, səfər Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun dəvəti ilə həyata keçirilir.

Macarıstan parlamentinin sədri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək, prezident İlham Əliyevin qəbulunda olacaq, Milli Məclisin sədri Oqtay Əsədov, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, baş nazir Artur Rasızadə, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşəcək.

Səfər üç gün davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti