...

Azərbaycan prezidenti FHN-nin tabeliyində olan müəssisələrdə çalışan mülki işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 4 Sentyabr 2008 23:52 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan mülki işçilərin, şəhər (rayon) icra hakimiyyətlərinin tabeliyində olan səfərbərlik ehtiyatları anbarlarında və ehtiyat idarəetmə məntəqələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan mülki işçilərin, şəhər (rayon) icra hakimiyyətlərinin tabeliyində olan səfərbərlik ehtiyatları anbarlarında və ehtiyat idarəetmə məntəqələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz artırılıb.


Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti