Gürcüstan, Tbilisi, 12 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqının beynəlxalq müşahidəçi missiyası Gürcüstanın bütün ərazisində heç bir məhdudiyyət olmadan yerləşdirilməlidir. Bu barədə jurnalistlərə ölkənin xarici işlər naziri Eka Tkeşelaşvili deyib.
Onun sözlərinə görə, birinci mərhələdə onlar münaqişə zonasından kənarda olan hərbçiləri əvəz edəcəklər. Rusiya qoşunları atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi, ərazidən tamamailə çıxarılmalıdır.
Tkeşelaşvilinin sözlərinə görə, Aİ missiyasının mandatına ərazi məhdudiyyəti qoyulmayacaq.