...

Azərbaycanın Qeyri Hökumət Təşkilatı Xocalı üzrə ictimai tribunalın keçirilməsini tələb edir

Siyasət Materials 22 Sentyabr 2008 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/  ТrendNews, müxbir N.Abdullayeva/Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafisəi Mərkəzi  Xocalı üzrə ictimai tribunalın keçirilməsini tələb edir. "Biz Xocalı üzrə ictimai tribunalın keçirilməsinə nail olmalıyıq", - bazar ertəsi Mərkəzin sədri Tatyana Çaladze mətbuat konfransında deyib.

Xocalı faciəsi 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda apardıqları fəal işğalçı döyüş əməliyyatları nəticəsində baş verib. Azərbaycanın rəsmi məlumatlarına əsasən, nəticədə 613 nəfər öldürülüb, (onlardan 106-sı qadın, 83-ü uşaq), 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər şikəst olub.

Mərkəz "Xocalı üzrə ictimai tribunal"layihəsini hazırlayıb. Layihənin məqsədi Xocalı faciəsinin həyata keçirilməsində günahkar olan şəxslər üzərində məhkəmə prosesinin keçirilməsi və tribunalın yekunları üzrə sənədli filmin çəkilməsidir. Fevralın 26 - da  keçirilməsi nəzərdə tutulan məhkəmə prosesində günahkarlar siyahısında Ermənistan  prezidenti Serj Sarkisyanın, Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryanın, "Dağlıq Qarabaq"qondarma respublikasının keçmiş prezidenti Arkadi Qukasyanın və Xocalı şəhərinin yerli əhalisinin kütləvi qətlində günahlandırılan digər şəxslərin adları var. Günahkarlar siyahısında adı göstərilmiş bütün şəxslərə Xocalı üzrə Müstəqil İctimai Tribunalın keçirilməsi və şəxsən iştirak etmək və ya  özlərinin maraqlarını müdafiə edəcək səlahiyyətli nümayəndələrini göndərmək barədə bildiriş göndəriləcək, - Çaladze bildirib.    

Məhkəmə iclasına dünyanın müxtəlif ölkələrindən  prosesi qiymətləndirəcək 12 hüquqşünas mütəxəssis dəvət ediləcək, - Mərkəzin rəhbəri qeyd edib.

Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddiaları nəticəsində iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994 - cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək müvəffqəqiyyətsiz sülh danışıqları aparırlar. 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədr olduğu Minsk Qrupu çıxış edir.

Xəbər lenti

Xəbər lenti