ABŞ NABUCCO təbii qaz ixracı layihəsinin həyata keçirilməsində Avropa Birliyini Türkiyəyə dəstək verməyə çağırıb. Bu haqda Anadolu Agentliyi məlumat verib. ABŞ -ın Avropa Birliyindəki (AB) səfiri Kristen Silverberq AB-ni NABUCCO təbii qaz ixracatı layihəsində Türkiyəyə dəstək verməyə çağırıb. Silverberq enerji resursları istehsalçısı və ixracatçısı olan Rusiyanın enerji sahəsində dünya birliyi ilə əməkdaşlıq etmədiyi bir dövrdə, təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutan NABUCCO layihəsinin çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.