...

Gürcüstan hakimiyyəti münaqişə zamanı yaralanmış ehtiyatda olan azərbaycanlı hərbi qulluqçunun magistratura üzrə təhsil haqqını ödəyəcək

Siyasət Materials 29 Sentyabr 2008 12:13 (UTC +04:00)

Gürcüstan ,Tbilisi,29 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan hökuməti mənşəcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Renar Hüseynovun Tbilisi Dövlət Universitetində magistratura üzrə təhsil haqqını ödəyəcək. Bu barədə bazar ertəsi Gürcüstan Parlamentinin sədri David Bakradze adı çəkilən ali təhsil müəssisəsini ziyarət etdikdən sonra bildirilib.

Hakimiyyət Rusiya qoşunları ölkəyə daxil olan zaman ağır yaralanmış ehtiyatda olan hərbi qulluqçunu bu formada mükafatlandırmaq qərarına gəlib. Renar Hüseynov və onun yoldaşı Georgi Şekiladze Qoridə yaralanıblar və sonra Tbilisidə uzun müddət müalicə alıblar. Şekiladze bu gün tədris ilinin açılışına gələ bilməyib; o, hələ də müalicə kursu keçir. Şekiladze və Hüseynov qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Hüseynov bildirib ki, "bütün ehtiyatda olan hərbi qulluqçular münaqişə zamanı özlərini qəhrəman kimi aparıblar və Rusiyanın təcavüzünə qarşı var qüvvələri ilə müqavimət göstəriblər.

Xəbər lenti

Xəbər lenti