...

Almaniya Azərbaycandan enerji memorandumu üzrə təkliflər gözləyir

Siyasət Materials 29 Sentyabr 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr/ Trend , müxbir R.Novruzov/ Almaniya Azərbaycan tərəfindən enerji əməkdaşlığı barədə Memorandum üzərində iş aparmaq üçün konkret təkliflər gözləyir.

Biz memorandum layihəsi üzrə Azərbaycandan konkret təkliflər gözləyirik", - deyə Trend - a bazar ertəsi Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Pyer Stankina bildirib. Onun sözlərinə görə, Azərbaycan Almaniyaya enerji sahəsində əməkdaşlığa dair memorandum imzalamaq təklifi edib və alman tərəfi də, sənədə, üzərində iş aparılacaq hansısa konkret bəndlərin daxil edilməsini xahiş edərək, öz razılığını verib. "O vaxtdan rəsmi Bakıdan heç bir təklif daxil olmayıb", - deyə səfir bildrib.

Azərbaycan analoji sənədi artıq Avropa İttifaqı ilə imzalayıb. Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti