...

ABŞ Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir – ABŞ Dövlət Katibinin birinci müavini (video)

Siyasət Materials 2 Oktyabr 2008 19:07 (UTC +04:00)
ABŞ Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir – ABŞ Dövlət Katibinin birinci müavini (video)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir R.Novruzov/ ABŞ Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, - ABŞ Dövlət  Katibinin birinci müavini Con Neqroponte (John D. Negroponte) Bakıda keçirilən mətbuat konfransında bildirib.

"Birləşmiş Ştatlar, ATƏT-in Minsk Qrupunun üzvü kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səy göstərir. Münaqişənin həllinə danışıqlarla nail olunmalıdır", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 -cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ- ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Neqroponte Rusiyanın Cənubi Osetiya münaqişəsinə dair hərəkətlərini də pisləyib. "Biz və avropalı dostlar Gürcüstana böyük yardım göstərmişik. Ümid edirik ki, Rusiya öz hərəkətlərinə görə ödədiyi qiyməti nəzərə almaqla, yenidən bu şəkildə hərəkət etməzdən əvvəl iki dəfə düşünəcək", - ABŞ Dövlət Katibinin birinci müavini bildirib.

Neqropontenin sözlərinə görə, dialoq zamanı ABŞ Rusiyaya bildirib ki, onun Gürcüstana qarşı hərəkətləri sülhü qorumağa imkan vermir və XXI əsrə yaramır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti