...

Azərbaycan prezidenti Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 3 Oktyabr 2008 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri İonannis Metaksasın etimadnaməsini qəbul edib.

Görüşdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətindən danışan prezident İlham Əliyev bu səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından rolunu xüsusi qeyd edib. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı ümidvar olduğunu bildirib ki, onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələr daha da genişlənəcək.

İki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu deyən səfir dövlət başçısını əmin edib ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcək.

Mяqalя mцяllifi ilя яlaqя цnvanы: [email protected]                                          

Xəbər lenti

Xəbər lenti