...

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Siyasət Materials 4 Oktyabr 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında ötən gecə taksı sürücüsünə qarşı quldurluq hadisəsi baş verib.

Nərimanov rayon Polis İdarəsindən şənbə günü Trend -a verilən məlumata görə, sentyabrın 3-dən 4-nə keçə gecə iki naməlum şəxs Cavid Hidayətzadə küçəsində їVAZ - 21 07ї markalı avtomobilin sürücüsü, Bakı sakini Orxan Abdullayevə bıçaqla hədə-qorxu gələrək avtomobili onlara verməyi tələb ediblər. Əks halda onlar Abdullayevi öldürəcəklərini bildiriblər.

Rayon Polis İdarəsindən bildiriblər ki, naməlum şəxslər Abdullayevdən avtomobili aldıqdan sonra, həmin avtomobillə Ziya Bünyadov küçəsində yol-qəzası törədiblər və avtomobili əzilmiş vəziyyətdə orada qoyaraq hadisə yerindən qaçıblar.

Hazırda hadisəni törədən şəxslərin tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nərimanov RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törədilməsi (181.2.1-ci) və talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi (185.2.1-ci) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti