İraq prezidenti, kürd əsilli Cəlal Təlabani və Şimali İraqın kürd administrasiyasını başçısı Məsud Bərzani PKK terror təşkilatının 3 gün əvvəl Türkiyədə 17 türk əsgərinin şəhid olması ilə nəticələnən hücumunu müzakirə ediblər. Bu barədə Türkiyənin "Dünyabülteni" informasiya agentliyi məlumat verib.
Təlabani və Bərzani Türkiyə ilə münasibətləri inkişaf etdirməyin vacibliyi haqqında danışıblar. Bundan başqa, onlar PKK terror təşkilatının hücumlarını pislədiklərini bəyan ediblər. Eyni zamanda, Şimali İraqın reginal hökumət rəsmisi PKK-ya heç bir şəkildə kömək göstərmədiklərini bildirib.